POSTFAKTUM (post factum) – Verilən informasiyaya sonradan dəqiqləşdirilən və əlavə edilən informasiya; sonradan alınmış əlavə məlumat.
POSTKRİPTUM (P.S./postscript) – Yazılmış və imzalanmış məqalənin, məktubun sonuna əlavə olunan qeyd. Adətən, latın hərfləri (P.S.) ilə işarələnir. Forma kimi bəzən publisistik verilişin sonunda da epiloq əvəzi verilir.
POTENSİAL (potential) –Hər hansı layihəni başlamaq (və həyata keçirmək)üçün mövcud olan, səfərbər edilən, hərəkətə gətirilə bilən kadr, texniki imkan, maddi vəsait və digər imkanların(çox zaman hələ aşkar edilməmiş)olması.