RABİTƏ TRAKTI (communication track) – İnformasiya ötürən xüsusi kanalların tərtibi üçün texniki avadanlıq və rabitə xətləri kompleksi. Müəyyən standart göstəricilərlə (tezlik zolağı, informasiyanın ötürülmə sürəti və s.) xarakterizə olunur. Çoxkanallı rabitə sistemlərinin mahiyyətinin izahında R.t. anlayışından geniş istifadə edilir.
RABİTƏ – VERİLİŞ KANALI (communication-casting equipment) – İnformasiya daşıyan siqnalların vericidən (informasiya mənbəyindən) qəbulediciyə (informasiya alıcısına) çatdırılması üçün rabitə traktı vətexniki qurğulardan ibarət kompleks.
RADAR (radar) – İngilis dilindəki "radio detecting and ranging"sözlərinin baş hərflərindən ibarət olan qısaldılmış söz. Radiodalğaların köməyi ilə hədəfin aşkar olunması və məsafənin təyin edilməsinə kömək edən qurğu; radiolokasiya və onun cihazlarının qısaldılmış adı; radiolokator. KİV vasitələrində, tərcümə ədəbiyyatında, xüsusilə kütləvi ədəbiyyatda R. radiolokasiya stansiyası mənasında işlədilir.