Азярбайъан Енсиклопедийасы


RADİOQƏZET (radio newspaper)



Yüklə 2,68 Mb.
səhifə553/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   549   550   551   552   553   554   555   556   ...   809
RADİOQƏZET (radio newspaper) – Əsas məqsədi geniş informasiya vermək yolu ilə təşviqat aparmaq olan ilk radioformalardan biri; efirə verilən xəbərlər toplucu.

RADİOQRAM (radiogram/wireless/message/ radio telegram) – Yazı işarəsi, xətt; radioteleqraf vasitəsilə verilən xəbər, məlumat.

RADİOQRAMMOFON (radio grammophone) – Bax: E l e k t r o f o n.

RADİOLA (radio-gramophone)Radioqəbuledici və elektrik val oxudanın birləşməsindən ibarət aparat. Məişətdə istifadə üçündür. R.-da səstezlikli elektrik rəqslərinin gücləndiricisi, dəyişən cərəyan düzləndiricisi və reproduktor qovşaqları ümumi olduğu üçün aparat sadələşir və buna görə də ucuz başa gəlir.

RADİOLAŞDIRMA (installation of radio) – Radio dalğaları və naqillə veriliş şəbəkəsinin planlı genişləndirilməsi üzrə dövlət sistemi; dövri olaraq əhaliyə ictimai-siyasi və b. məzmunda informasiyanın çatdırılmasını təmin edən davamlı proses.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   549   550   551   552   553   554   555   556   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin