RƏSM İÇİNDƏ RƏSM (picture in picture) – Eyni ekran içində TV-nin bir neçə kanalının və videotəsvirinin baxıla bilməsinə imkan verən üsul. Burada təsvirin yerini dəyişmək və ya «dondurmaq» mümkündür.
RƏSMLƏ ÇƏKİLMİŞ FİLM (animation film) – Bax:M u l t i p l i k a s i y a f i l m i.
RƏSMLƏYİCİ AÇAR – İŞIQ (drawing key) – İlk növbədə, lentə alınan cismin formasını üzə çıxarmaq üçün işlədilən işıq. R.i. ən parlaq və deməli, ən önəmli işıq qaynağıdır. R.i. hər hansı giriş informasiyası daşımır; çəkiliş obyekti tam normal görünməlidir, sanki çəkiliş gündüz saat üçün yarısında, tutqun havada aparılıb. Bu effekti yaratmaqdan ötrü rəsmləyici işıq «kamera – çəkiliş obyekti» xəyali düz xəttindən təxminən 30-45 dərəcə hündür bucaq altında və 30-45 dərəcə kənarda yerləşdirilir. R.i. vasitəsilə obyektin üzündə yaradılan işıq-kölgə şəkli o bucaqlar həddində yerləşir. Məhz işıq-kölgə cizgiləri üzü normal göstərməyə imkan verir.