Азярбайъан Енсиклопедийасы


RUBRİKA (rubric/heading/column) – Qəzet, jurnal səhifələrində, teleradio verilişlərində hər hansı bölmənin sərlövhəsi, başlığı, ümumi adı



Yüklə 2,68 Mb.
səhifə596/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   592   593   594   595   596   597   598   599   ...   809

RUBRİKA (rubric/heading/column) – Qəzet, jurnal səhifələrində, teleradio verilişlərində hər hansı bölmənin sərlövhəsi, başlığı, ümumi adı.





"RUS MATRYOŞKASI" METODU ("Russian dolls" method) – İSP sahəsində hipermətn informasiya əməliyyatlarının yaradılması qaydası. Belə bir üsulun tətbiqi imkanı, adi KİV-in "xəttiliyi" ilə müqayisədə hiperfəallıq keyfiyyətinə malik yeni elektron mətbuatın üstünlüklərindən biridir, hərçənd bu, onların hüquqi cəhətdən eyniləşdirilməsində çətinliklər də yaradır.

S

SABUN OPERASI (soap opera) – 1) Film qəhrəmanlarının həyatından uzun-uzadı, ləng bir tərzdə, amma ardıcıl söhbət açan, çoxlu epizodlardan ibarət radio, yaxud TV serialı. S.o. müvafiq seriallarla uzun müddət ərzində gündəlik ünsiyyət, tamaşaçılarda iştirak effekti yaradır və auditoriyanın diqqətini süjetlərdə toxunulan bütün həyati problemlərə cəlb edir. Bu janrın adı sponsor firmalarının buraxdığı yeni sabun, yuyucu toz və buna bənzər məhsul növlərini almağı təkidlə məsləhət görən reklamlardan sonra formalaşmışdır; 2) Kinematoqrafiya və TV sənətində son illərin populyar faktına çevrilmiş çoxseriyalı filmlərə – seriallara verilmiş qeyri-rəsmi ad – janr. Ekranda göstərilən «Santa-Barbara», «Lovizna», «Varlılar da ağlayırlar» və s. tipli 100-300-500 seriyalı telefilmlərin gerçəkliyi əks etdirmə, eləcə də məzmun və sənətkarlıq cəhətdən bəsitliyini nəzərdə tutan istehzalı ifadə. Türkiyə türkcəsində bu filmlərə verilən «pəmbə filmlər», rus dilindəki «mılnaya opera» adı da eyni məzmun kəsb edir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   592   593   594   595   596   597   598   599   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin