SELEKTİVLİK (selective(ness)) – Radioqəbuledici aparatın başqa radiostansiyalardan gələn siqnallar arasından lazımi radiostansiyanın siqnalını ayırmaq qabiliyyəti.
SEMİOTİKA (semiotics) – 1) Kino, TV və radionun işarələrə əsaslanan dil sistemi; 2) İşarələr sistemi haqqında təlim; işarələr sisteminin müxtəlif xüsusiyyətlərini öyrənən elmi nəzəriyyələr kompleksinin ümumi adı; ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formalaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. İşarə sisteminin əsas funksiyaları bunlardır: a) məlumatın və mənanın ifadəsinin verilməsi funksiyası; b) ünsiyyət funksiyası, yəni DT və oxucu tərəfindən verilən məlumatın, xəbərin başa düşülməsinin təmin edilməsi; v) fəaliyyətə, hərəkətə sövq etmə, emosional təsir və s. Bu funksiyalardan birinin həyata keçirilməsi işarə sisteminin müəyyən daxili təşkilini, yəni onların birləşdirilməsinin müxtəlif işarələrini və qanunlarını nəzərdə tutur.