SƏSBOĞAN (sonic/sound absorver/ sound take off) – TV təsvirində səs effektlərinin eşidilməsini azaltmağa imkan verən qurğu. S. təsvir siqnallarının formalaşdırılması, gücləndirilməsi və ötürülməsi prosesində yaranan səs effektləri ilə yanaşı, təsvirin keyfiyyətinə təsir göstərən qüsurların və maneələrin azaldılmasına da kömək edir.
SƏS CIĞIRI (audio track) – Hər hansı bir daşıyıcıda (kinolentdə, videolentdə, qrammofon valında, maqnit lentində, diskdə, silindrdə, naqildə və s.) fonoqramın olduğu yer. Lentlərdə S.c. daşıyıcının oxuna paralel bir və ya bir neçə sırada yerləşir. Silindrlərdə, disklərdə və sonsuz (həlqəyə yapışdırılmış) lentlərdə səs cığırı spiral şəklində olur. Səs cığırı, həmçinin, ayrı-ayrı paralel kəsiklərdən də ibarət ola bilər (sətri yazılış).