Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə613/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   609   610   611   612   613   614   615   616   ...   809
SƏS DALĞASI (sound wave) – Havada yayıla bilən uzununa elastik dalğa.

SƏS DÜZÜMÜ (sound line) – Musiqidə işlənən bütün səslərin, yaxud hər hansı melodiya, məqam, musiqi sistemi, musiqi alətlərinin pillələrlə (yuxarı və ya aşağı) ardıcıl düzülüşü.

SƏS EFFEKTLƏRİ (sound effects) – Danışığa (nitqə) və musiqiyə aid olmayan səs; Studiyada çəkiliş zamanı çox vaxt nəzərdə tutulan çəkiliş yerinin təbii küylərini yamsılamaqdan ötrü istifadə olunan səs. Studiyada guya bürkülü yay günü, şəhərkənarı evin şüşəbəndində baş verən bir səhnə çəkilirsə, S.e.-nin köməyi ilə fonoqrama, məsələn, quşların cəh-cəhini artırmaq mümkündür. Studiyadankənar çəkilişdə belə səs fonu çəkiliş yerində təbii olaraq iştirak etdiyindən, interküy kimi yazılacaq. Hadisənin kadr arxasında qalan inkişafı haqqında təsəvvür yaratmaq üçün həm pavilyon, həm də natura çəkilişlərində S.e.-ndən geniş istifadə edilir. Kamera qarşısında səhnələşdirilməsi mürəkkəb olan partlayışları, avtomobil qəzalarını, raket uçuşlarını və digər həmin miqyaslı olayları kadrarxası S.e.-nin köməyi ilə canlandırmaq mümkündür.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   609   610   611   612   613   614   615   616   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin