SƏSİN DİSPERSİYASI (sound dispersion) – Bax: D i s p e r s i y a.
SƏSİN GURLUĞU (audio density) – Verilmiş səsin eşidilmə duyğusunu xarakterizə edən kəmiyyət. S.g. səs təzyiqindən, tezlikdən və rəqsin formasından asılıdır. Forması dəyişməyən sabit tezlikli rəqsdə S.g. səs tezliyi ilə düz mütənasibdir.
SƏSİN KİNOKORREKSİYASI (sound correction)– Səs yazısındakı çox ciddi əngəllər üzərində əlavə iş görməklə fonoqramın səslənmə keyfiyyətinin daha da yaxşılaşdırılması. Bu proses nisbətən geniş yayılmış iki üsulla – süzgəcdən keçirmə və qrafik korreksiya yolu ilə aparılır. Səs süzgəcləri səs siqnalı diapazonunun yuxarı və aşağı hissələrini kəsib atmağa, qrafik korreksiya isə səs siqnalını öncə eyni olan tezlik zolaqları seriyasına bölməyə imkan verir.