Азярбайъан Енсиклопедийасы


SƏS MÜŞAYİƏTİ (audio-follow)



Yüklə 2,68 Mb.
səhifə623/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   619   620   621   622   623   624   625   626   ...   809
SƏS MÜŞAYİƏTİ (audio-follow) – Təsvirin hər hansı səslə (fonoqramlar, musiqi, mətn və ya yardımçı səslərlə) müşayiət edilməsi.

SƏS NÖVLƏRİ (sound types) – Veriliş quruluşçusunun məqsədinə və veriliş kompozisiyasına, estetikasına görə proqrama daxil edilən hər hansı akustik komponent. Teleistehsalda səs sırasının ən çox yayılan dörd növü bunlardır: mətn, təbii səs (interküy), musiqi səs effektləri.

SƏS OPTİKASI (acoustooptics) – Akustikanın bir bölməsi; səsin xəyalını, səs şüalarını, səs enerjisinin konsentrasiyasını idarə edən qurğu və üsulları öyrənir. Səsin və işığın fiziki təbiəti müxtəlif, sınma və qayıtma qanunları isə eynidir.

SƏS SAHƏSİ (acoustic space) – Fəzanın səs dalğaları yayılan hissəsi. Azad səs sahəsində səs dalğalarını əks etdirən qoruyucu səthlərin təsiri hissedilməz dərəcədə olur; diffuz (qarışıq) səs sahələrində isə hər bir nöqtədə sahə vahidinə düşən səs gücü bütün istiqamətlərdə eyni olur. S.s. anlayışı ölçüləri səs dalğaları uzunluğunun tərtibində və ya ondan böyük olan sahə üçün tətbiq edilir. S.s. səs enerjisinin sıxlığı və səsin intensivliyi ilə xarakterizə olunur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   619   620   621   622   623   624   625   626   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin