SƏVİYYƏNİN AVTOMATİK TƏNZİMLƏNMƏSİ (automatic level control – ALC) – İşıqlandırma şəraitinin istənilən dəyişikliyi zamanı fasiləsiz çəkiliş aparmağa imkan verən TV kameralarının funksiyası.
SƏVİYYƏLƏRİN AVTOMATİK TƏNZİMLƏYİCİLƏRİ (SAT) (automatic level controller) – Siqnalın giriş səviyyəsindən asılı olaraq veriliş əmsalı dəyişən dördqütblülər. Bunlardan yayım kanallarının istiqamətlərinin və bölmələrinin cərəyan üzrə həddindən artıq yüklənməsindən və həddindən çox hərəkətə gəlməsindən (həddən çox modulyasiya) siqnalların və nitq verilişlərinin səlisliyinin orta gücünün artmasından müdafiə, kənar səslərin və maneələrin azaldılması üçün istifadə edilir. Avtomatik tənzimləyicilər, məsələn, TV kameralarında müşahidə obyektlərində ümumi işıqlanmanın kəskin dəyişməsi ilə əlaqədar siqnalların amplitudlarındakı böyük fərqlərin kompensasiyası, videorejissor pultlarında rejissorun kombinə edilmiş təsvirlər yaratdığı məqamda müxtəlif siqnal mənbələrindən tam TV siqnalları ilə iş zamanı tətbiq edilir.