SƏYYAR ELEKTRİK STANSİYASI (mobile electric station) – Aqreqat və avadanlığı nəqliyyat vasitələrində yerləşdirilmiş elektrik (adətən, istilik, bəzən atom) stansiyası. S.e.s. elektrik enerjisinə müvəqqəti ehtiyac olan yerlərdə, elektrik xətlərindən uzaqda yerləşən məntəqələrdə, həmçinin ehtiyat elektrik mənbəyi kimi tədqiq olunur.
SƏYYAR KİNO QURĞUSU (mobile film projector) – Əsasən ensiz plyonkalı (16 mm-lik) kinofilmləri stasionar kino qurğusu olmayan kiçik tamaşa zallarında nümayiş etdirmək üçün istifadə olunan yığcam qurğu.
SƏYYAR PRODÜSER (field producers) – Böyük teleşirkətlərdə reportyorların çəkdikləri süjetlərin texniki tərəfləri ilə məşğul olan şəxs. S.p. hadisə yerlərinə gedən, yaxud informasiya toplayan reportyorlarla birlikdə obyektlərdə olur, lazımi texniki köməkliyi göstərir. S.p. reportyorların ssenari planının təsdiqində də iştirak edir.