SİQNAL SƏVİYYƏSİNİN AŞAĞI SALINMASI (night effect) – Gecə yayımı (və çəkilişləri) zamanı atmosferin xüsusiyyətlərinə uyğun olaraq siqnalın səviyyəsini bilərəkdən aşağı salmaq.
SİQNAL TƏHRİFİ (signal degradation) – 1) Səsli yayımın elektrik kanalında (SYEK) siqnalların xətti və qeyri-xətti təhriflərinin peyda olması. Xətti təhriflər siqnalların kanalın (traktın) xətti qovşaqlarından keçdiyi vaxt yaranır; 2) Verilişin əmsalı modulunun tezlikdən asılılığı hesabına yaranan təhriflər. Bunlar amplituda – tezlik təhrifləri (ATT) adlanır. Faza hərəkətinin tezlikdən asılılığı nəticəsində əmələ gələn təhriflərə faza – tezlik təhrifləri (FTT) deyilir.