Азярбайъан Енсиклопедийасы


SPEKTRAL HƏSSASLIQ (spectral sensitivity)



Yüklə 2,68 Mb.
səhifə648/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   644   645   646   647   648   649   650   651   ...   809
SPEKTRAL HƏSSASLIQ (spectral sensitivity) – Kinolentin müxtəlif dalğa uzunluqlu monoxromatik şüalanmalara qarşı həssaslığı.

SPEKTROQRAM (spectrogram) – Spektroqrafın (xüsusi cihazın) köməyi ilə alınan spektr təsvirlərinin məcmusu. S. kinolentin spektral həssaslığının keyfiyyətlə qiymətləndirilməsi işini yerinə yetirməyə imkan verir.

SPESİFİKA (specifics)Konkret bir sahəyə, predmetə, nəyəsə aid olan; nəyinsə başqalarından fərqləndirici xüsusiyyətləri; özəl cəhət, özünəməxsusluq. Məs., TV-nin spesifikası və s.

SPİRAL AÇILMA (spiral scanning) – Rastrın dairəvi forma almasına və deməli, ötürücü borunun hədəf sahəsindən daha dolğun istifadə olunmasına imkan verən texnologiya. S.a. zamanı açma elementi sabit hərəkətlə Arximed spiralı ilə hərəkət edir. Kadr boyu əks gediş ola da bilər, olmaya da bilər.

SPLİTTER (splitter) – Birinci aralıq tezliyində siqnalın bölüşdürülməsi üçün tətbiq olunan qurğu.

SPONSOR (sponsor) – Özünün, adının tanınması, ticarət markasının şöhrətlənməsi, yaxud imicinin yüksəlməsi məqsədi ilə hər hansı verilişin təşkilinə və maliyyələşməsinə kömək edən fiziki (hüquqi) şəxs. Qəbul olunmuş ümumi qaydaya görə, S. köməklik etdiyi verilişin yaradıcılıq işlərinə qarışmır. Lakin TV praktikasında S.-un yaradıcılıq prosesinə müdaxiləsi faktı mövcuddur və bu əsasən iki formada: aktivpassiv formada özünü göstərir. Aktiv S. məhsulunu düşünülmüş şəkildə reklam etmək məqsədi ilə özü TV kanalına müxtəlif veriliş layihələri təklif edir. Passiv S. isə şirkətin yaradıcılıq müstəqilliyinə qarışmadan maliyyə və təşkilati yardım göstərir. S.-luq anlayışı daha çox ikinci mənanı (yaradıcılıq işinə müdaxilə olmadan yardım) ehtiva edir.

SPONTAN (spontaneous) – 1) Birbaşa, hazırlıqsız danışıq; 2) Xarici təsirlərdən deyil, daxili səbəblərdən öz-özünə yaranan proses.

SPOT (spot) – Nümayişi 10 saniyədən 60 saniyəyə qədər çəkən reklam çarxı. Adətən, populyar proqramlar arasında efirə verilir; 2) Əsas yayım proqramları arasındakı fasilələrdə qısa reklam və ya xəbərlər əlavəsi. Adətən, belə xəbərlər ekspressiv xarakter daşıyır.

SSENARİ (script) – Ekranlaşdırmaq (çəkilmək) üçün yazılan, kinofilmin, hazırlanacaq (efirə gedəcək) teleradio verilişinin məzmununu təfsilatı ilə şərh edən, gələcək ekran əsərinin səs və təsvir həllini, onun AV cəhətlərini göstərən ədəbi əsər; dram əsərinin planı, hər hansı süjetin sxemi. Bax: Ə d ə b i s s e n a r i.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   644   645   646   647   648   649   650   651   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin