BAĞLANMAQ (bridging) – Auditoriyanı ələ almaq və onu rəqib TV-lərin verilişlərindən yayındırmaq üçün proqramın vaxtından əvvəl başlanması üsulu. Kinorejissorların leksikasında "bridging"sözü zaman daxilində, yaxud filmin hadisələrində parçalanmanı aradan qaldıran kadr deməkdir. Kompüter əməliyyatlarında, proqramların, yaxud məlumatların bir EHM-dən digərinə köçürülməsi həmin sözlə ifadə edilir.
BAĞLANTI (link) – Mozaika tipli proqramlarda, həmçinin xəbər mətnlərində bir mövzudan başqasına keçid zamanı işlədilən cümlə, deyim, musiqi, yaxud musiqi ilə müşayiət olunan təsvirli keçid.