Азярбайъан Енсиклопедийасы


STEREOFONİK RADİOVERİLİŞ (stereo broadcasting)



Yüklə 2,68 Mb.
səhifə652/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   648   649   650   651   652   653   654   655   ...   809
STEREOFONİK RADİOVERİLİŞ (stereo broadcasting) – Dinləyicidə səsin tonu, tembri və gurluğu ilə yanaşı, səs mənbələrinin yeri haqqında da təsəvvür yaradan proqramların radio ilə verilişi. Bu cür verilişdə səslənmə təbii xarakter alır. Adətən, S.r. ultraqısa dalğa diapazonunda aparılır. S.r. proqramı iki kanal ilə verildikdə daşıyıcı tezlik vericidə tezliyə görə kompleks stereofonik siqnalla modulyasiya edilir.

STEREOFONİK SƏSYAZMA (stereophonic recording) – Fonoqramın yazılma vaxtı səs mənbələrinin yerləşmə istiqaməti haqqında assosiativ informasiya verən səsyazma növü. Belə yazının səsləndirilməsində daha çox təbiilik olur. Bu cür effekt yazmanın müxtəlif mövqelərdə yerləşən mikrofonlarla aparılması və yazının müxtəlif nöqtələrdə yerləşdirilmiş reproduktorlarla (onların sayı kanalların sayına bərabərdir) səsləndirilməsi nəticəsində alınır. Genişformatlı kinoda kanalların sayı çox (beş), stereofonik məişət aparatlarında (maqnitofon, elektrofon, qəbuledici və s.) isə adətən, az (iki) götürülür.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   648   649   650   651   652   653   654   655   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin