Азярбайъан Енсиклопедийасы


STEREOKOPİK KİNOFİLM (stereoscopic film)



Yüklə 2,68 Mb.
səhifə655/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   651   652   653   654   655   656   657   658   ...   809
STEREOKOPİK KİNOFİLM (stereoscopic film) – Xüsusi qurğular vasitəsilə nümayiş etdirilən və tamaşaçının əhatəli mənimsədiyi təsvir məkanının genişliyini təmin edən kinofilm. Bax: S t e r e o k i n o.

STEREOPROYEKTOR (stereoprojector) – Stereofotoqram: metrik cihaz. Adətən, 3 dərəcəyədək meyl bucağına malik aerofotoşəkillərə əsasən topoqrafik xəritənin tərtibində işlədilir. Yer səthinin modeli S.-da çevrilmiş (dəyişdirilmiş) şüaların proyeksiyası prinsipinə əsasən alınır.

STEREOSKOPİK TELEVİZİYA (stereoscopic television) – Tamaşaçıda təsvirlərin müşahidəsi zamanı dərinlik və geniş həcm təəssüratı yaradan TV sistemləri. Həcmilik təəssüratı görmənin binokulyarlıq xassəsinə əsaslanır. Odur ki, S.t.-da eyni bir obyektin təsviri bir-birindən müəyyən məsafədə yerləşmiş elə iki mövqedən (verilişin bazisi) verilir ki, nəticədə obyektin stereocütünü təşkil edən iki təsvir alınır. Qəbul zamanı tamaşaçıya stereocütün təsvirləri gözlərə ayrı-ayrılıqda (sol gözə sol təsvir, sağ gözə isə sağ təsvir) təsir edir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   651   652   653   654   655   656   657   658   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin