Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə656/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   652   653   654   655   656   657   658   659   ...   809
STEREOTİP (stereo type) – 1) Qəlibləşmiş nümunə, surət, forma, şablon, trafaret; dəyişmədən təkrarlanan; 2) Yüksək çap üsulunda çap formasının (yığılış və klişe) surəti; qalınlığı 2 mm-dən 25,1 mm-dək olan lövhələr şəklində hazırlanır.

STƏNDAP (standup) – Görüntüyə sənədlilik xarakteri vermək və tamaşaçını inandırmaq məqsədi ilə reportyorun hadisə yerində kadra çıxaraq informasiya verməsi. Məs., haradasa arxa planda toplantı keçirilir, yaxud qəza baş verib, mitinq gedir, tamaşaçıların qarşısına çıxan reportyor isə bu hadisələrin cərəyan etdiyi nöqtədə dayanaraq nə baş verdiyi barədə danışır. S. jurnalistin seçdiyi yaradıcılıq forması kimi mühüm funksiya daşıyır və daha çox deyilənləri əks etdirən videosıra olmadıqda, mövzuya məkan reallığı vermək lüzumu yarandıqda, süjetin bir hissəsindən başqa hissəsinə plastik keçidə ehtiyac duyulduqda, yaxud reportyorun mövcud şəraitə «müdaxilə etməsi», nəyi isə tamaşaçıya göstərməsi lazım gəldikdə istifadə olunur.

STİL (style) – Etimologiyasına görə, latınca mum sürtülmüş taxtada yazı yazmaq üçün şiş uclu çubuq deməkdir. Hər hansı sənət sahəsinə məxsus səciyyəvi cəhətlərin məcmusu və hər hansı bir işi özünəməxsus vasitələrlə həyata keçirmək mənasında işlədilir.

Bax: Ü s l u b.




Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   652   653   654   655   656   657   658   659   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin