"STOP» ÜSULU (stop method) – Hər hansı bir əşyanın gözlənilmədən peyda olmasını, yaxud yoxa çıxmasını göstərmək üçün istifadə olunan tryuk kinoçəkilişi üsulu. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, çəkilişin gedişində kamera dayandırılır, kadra zəruri dəyişikliklər edilir və kinoçəkiliş davam etdirilir. Bu zaman kamera və ətrafdakı əşyalar hərəkətsiz qalmalıdır. S.u.-nu istənilən kinoçəkiliş aparatı ilə gerçəkləşdirmək mümkündür.
STRES (stress) – Gözlənilməz gərgin şəraitin yaratdığı emosional vəziyyət. Çətin, xüsusi məsuliyyət tələb edən şəraitdə müxtəlif fiziki və zehni gərginlik halında iş görmək zərurəti.