BAĞLAYICI KADR (link still) – Montaj zamanı hərəkətlər arasında kəskin fərqləri, sıçrayışları pərdələmək üçün istifadə olunan istənilən kadr. Məs., ara plan, yaxudköməkçi kadr B.k. rolunu oynaya bilir.
BAXIŞ BOŞLUĞU (scrolling vacuum) – İnsanın baxdığı və ya cismin hərəkət etdiyi istiqamətdə kamera obyektivinin "göz"ündən yayınan və ya qəsdən buraxılan boşluq.
BAXIŞ XƏTTİ (scrolling line) – Adi göz baxışı ilə obyekti birləşdirən xəyali xətt. Əgər göydə qanad çalan quşa baxırsınızsa, həmin quş baxış obyektidir. Gözlərinizlə o quşu birləşdirən xətt isə B.x-dir. Gözünüzü aşağı – ayaqlarınızın altına diksəniz, B.x. gözünüzlə yeni baxış obyektini birləşdirəcək. B.x.-nin və baxış obyekti vəziyyətinin nəzərə alınması ardıcıl montaj zamanı çox önəmlidir. Gözlərini səmaya dikən və ya sadəcə yuxarıya baxan adam planından səmada qanad çalan quş planına keçildikdə, məna baxımından belə ardıcıllıq özünü doğruldur.