SUPERVİZOR (supervisor) – Hesablayıcı sistemin çoxproqramlı iş rejiminin təşkili üçün idarəedici proqram və ya proqramlar kompleksi.
SUYUMŞALDAN MADDƏLƏR (water mitigatery substances) – Kinolentin aşkarlanması prosesində suyun kimyəvi təmizlənməsi üçün kalsium və maqnezium duzlarının yaratdığı müvəqqəti və daimi codluğun aradan qaldırılması məqsədi ilə tətbiq edilən maddələr. Çox vaxt sönmüş əhəngdən, sodadan, ammiakın, boraksın su ilə qarışığından, natrium ionlarını kalsium, yaxud maqnezium ionlarına dəyişməyə qadir olan müxtəlif natrium-alüminium silikatlarından S.m. kimi istifadə olunur.