Азярбайъан Енсиклопедийасы


SÜJET (plot/topic/subject)



Yüklə 2,68 Mb.
səhifə668/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   664   665   666   667   668   669   670   671   ...   809
SÜJET (plot/topic/subject) – 1) TV-də müxtəlif janrlarda çəkilmiş sənədli və bitkin görüntülərin ümumi adı; bədii əsərdə iştirak edən surətlərin xarakterlərini açıb göstərən və əsərin əsas konflikti ilə bağlı olan əhvalat, tarixçə; mövzu, məzmun; əsərin daxili, intellektual və emosional konstruksiyası. S.-in strukturuna üç komponent – başlanğıc, şərhsonluq daxildir; 2) Sənət əsərlərində obyektiv varlığın bütün ziddiyyət və mürəkkəbliyi ilə qarşılıqlı əlaqədə təsvir olunan hadisələrinin məcmusu. S.-də əsas həyat konfliktləri əks olunur. Ədəbi süjetdən fərqli olaraq jurnalistika (o cümlədən radio və telejurnalistika) S.-i çoxşaxəli deyil, "yığcam"dır. Jurnalistikada S. dedikdə faktların, hadisələrin, fikirlərin, hiss-həyəcanların davamiyyəti başa düşülür. İnsanların xarakterləri, taleləri, ictimai ziddiyyətləri, münaqişələr də burada açılır. Bir qayda olaraq, jurnalistika S.-ində hadisələrin inkişafı bir-biri ilə sıx bağlı olur, kulminasiya və problemlər düyününün açılması isə az qala ən inkişaf etmiş hissəyə çevrilir. S. hadisənin və ya təzahürün mexaniki surəti, predmetin quruluşunun səthi inikası deyil, o, yaradıcılıq prosesinin nəticəsi kimi meydana çıxır və müəllifin izlədiyi sosial məqsədə uyğun şəkildə qurulur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   664   665   666   667   668   669   670   671   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin