ŞƏFFAF TRANSFORMASİYA (transparent transformation) – Kameraların yerləşməsi ilə bağlı optik sxemin texniki dillə ifadəsi. Yəni müstəvidə birbaşa perspektivi obyektə yönəldilmiş bir kamera çəkir, əks perspektivi isə yaxınlıqda bir-birinə şəffaf mövqedə yerləşən iki obyektiv (iki kamera) təsvir edə bilər, obyekt onların arasında (qarşılıqlı yönəlmiş şəkildə) aydın görünür. Ş.t.-da daha bir mühüm məqam – iki təsvirin canlandırılmasının (əks-perspektivdə) zamanca sinxron baş verməsidir.
ŞƏRH (commentary) – KİV sistemində geniş ictimai maraq kəsb edən aktual siyasi olayların, sosial-mədəni, elm, idman hadisələrinin, çıxış və sənədlərin mahiyyətini aydınlaşdıran operativ təhlil (məs., siyasi Ş., elmi Ş., idman Ş.-i və s.) TV şərhi – kadrda aktual mövzuda analitik çıxışın növlərindən biri.