Азярбайъан Енсиклопедийасы


ŞTATDANKƏNAR MÜXBİR (stringer)



Yüklə 2,68 Mb.
səhifə678/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   674   675   676   677   678   679   680   681   ...   809
ŞTATDANKƏNAR MÜXBİR (stringer) – Nağd ödəniş şərti ilə həm bilavasitə yerli qəzetlər, həm də müxtəlif sindikatlaşdırılmış idarələr üçün xəbərlər toplayan jurnalist. Bəzən peşəkar reportyor olmağa hazırlaşan tələbələr də bu vəzifəni yerinə yetirə bilərlər.

ŞTORKA (barndoor) – Montaj zamanı iki ssenari epizodunun birləşdirilməsi üçün istifadə olunan keçid üsulu. Bu zaman bir epizodun təsviri tədricən digərini əvəz edir.

ŞTRİX (trait/stroke/bar) – Nüans, səciyyəvi cəhət; hər hansı verilişə, aparıcıya xas olan və yadda qalan cizgi. M u s i q i d ə – musiqi alətlərinin səsləndirilməsi üsulu. Simli-kamanlı alətlərdə Ş. kamanın hərəkət tipi – səslərin kamanla növbə ilə yuxarı-aşağı, bir neçə səsin kamanla aramsız ifa edilməsi ilə bağlıdır. Ş. səslənməyə müxtəlif xarakter verir.

ŞTRİX KODU İLƏ VİDEO PROQRAMLAMA (bar-code programming) – Skayner ştrix kod üzərində gəzdirilir və videoproqrama aid olan əsas göstəricilər – yəni verilişin efirə getmə tarixi, başlama, qurtarma vaxtı, kaset nömrəsi və s. kimi məlumatlar videoya köçürülmüş olur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   674   675   676   677   678   679   680   681   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin