ŞÜALANMA SAHƏSİ (radiation area/zone) – Hər nöqtəsinə hər hansı şüalanma parametrinin (məs., enerji sıxlığı və s.) müəyyən qiymətinin uyğun gəldiyi fəza.
T
TABLO (screen) – 1) Şəkil, rəsm, iri şəkil; 2) Nəzarət altında olan obyektlərin vəziyyətini göstərmək üçün üzərində işıq və ya elektromaqnit göstəricilər olan siqnal; 3) İnsanın mənimsəməməsi üçün rahat formada informasiyanın əks etdirilməsi vasitəsi. Üzərində müxtəlif şərti təsvirlər, işıq və digər işarə qurğuları olan lövhə, yaxud ekran.
TAXMA LİNZA (supplementary lens) – Fokus məsafəsinin dəyişdirilməsi üçün obyektivə geydirilən müsbət, yaxud mənfi linza: müsbət linza «obyektiv üstəgəl linza» sisteminin fokus məsafəsini qısaldır və nisbi dəliyi böyüdür. Mənfi linza fokus məsafəsini uzadır və nisbi dəliyi daraldır. T. l. dioptriyalarla nişanlanır. Bax: L i n z a n ı n o p t i k g ü c ü.