TAMAŞAÇI (audience/spectator) – Kinoteatrda, yaxud xüsusi baxış salonunda kinoya, teatra tamaşa edən şəxs. T e l e t a m a ş a ç ı– TV proqramlarını izləyən (və ona münasibət bildirən) şəxs.
TAMMETRAJLI FİLM (full-length film) – Proyeksiyasının davamiyyətinə görə filmi bütövlükdə əhatə edən kino əsəri.
TAM RƏNGLİ TELEVİZİYA SİQNALI (composite colour(ed) video signal)– Bu cür siqnal RYT sistemlərində formalaşdırılır. Həmin sistemlər qara-ağ TV sistemlərinə müvafiqdir, yəni RYT siqnallarının qara-ağ televizorların qara-ağ şəkildə qəbulu və qara-ağ TV-nin siqnallarının rəngli televizorlarla da qara-ağ şəkildə qəbulunu təmin edir. Sistemlərin uyğunluğu rəngli və qara-ağ TV-lərin siqnallarının eyni rabitə kanalı ilə verilməsini mümkün edir.