TAM VİDEOSİQNAL (composite video signal) – Tərkibində ötürülən təsvirin rəngi, parlaqlığı haqqında informasiya olan sinxron siqnallar.
TARİFİKASİYA (tariffing) – TV-də və kinoda yaradıcı işçilərin (əsasən rejissor heyətinin) ixtisas dərəcəsinin tənzimlənməsini (artırılması, yaxud azaldılması) nəzərdə tutan prosedur.
TAYM-ELEMENT (time element)– Mətndə mühüm ifadəlilik vasitəsi və məna daşıyıcısı kimi vaxt amilinin qabardılması. Bəzən informasiyada T.e. (dünən, bu gün, bu dəqiqə, bu həftə və s.) həlleedici amilə çevrilir.
TAYMER (timer) – Vaxt, zaman göstəricisi. Rəqəmlə hesablayan maşında (RHM) idarəeedici proqrama zaman intervallarını (müddətlərə uyğun işarələri) verən aparat (tənzimlənən tezlikli impulsların kalibrləşdirilmiş generatoru) və proqram vasitələri.