TEATR FİLMİ (theatrical film) – Kinoteatrların ekranlarında nümayiş etdirilən film. Həmin film bazar münasibətləri şəraitində müəyyən müqavilə ilə kionteatrlarda və TV-də, eləcə də disk formasında videodispley qurğularında ev şəraitində də göstərilə bilər.
TEXNİKA (technics/engineering) – 1) EE məhsullarının (film, veriliş) ərsəyə gəlməsinə və yayılmasına imkan verən müxtəlif qurğu və cihazların məcmusu; 2) İstehsal proseslərinin yerinə yetirilməsində və cəmiyyətin istehsalla əlaqədar olmayan tələblərinin ödənilməsində istifadə üçün yaradılan vasitələr məcmusu. İctimai istehsalın inkişafı boyu bəşəriyyətin əldə etdiyi təcrübə və biliklər T.-da öz maddi təcəssümünü tapmışdır. T.-nın əsas vəzifəsi insan əməyini yüngülləşdirmək və əmək məhsuldarlığını yüksəltmək məqsədi ilə onun istehsal funksiyalarını qismən və ya tamamilə əvəz etməkdir.