TELEKAST (telecast) – TV yayımı, televeriliş; telestudiya əməkdaşlarının fəaliyyətinə aid olan bu termin TV yayımı anlayışını həm TV-ni, həm də radionu əhatə edən «brokastinq» anlayışından fərqləndirməyə kömək edir.
TELEKİNOAPARAT OTAĞI (telekinema) – TV yayımı şəbəkəsi ilə kinofilmlərin, eləcə də digər siqnal mənbələrindən hazırlanan verilişlərdə kinofotomateriallardan fraqmentlərin nümayişi üçün yer. TKA otağındakı avadanlıq iki və daha artıq telekinopostların (TKP) birgə işini, siqnalların kommutasiyasını və buna nəzarəti, təsvirin keyfiyyətinin düzəlişini, pultdan TKP-nin idarə olunmasını təmin edir. Aparat otağındakı avadanlığın tərkibinə 35 və 16 millimetrlik pozitiv, yaxud neqativ kinolentlərlə işləyən telekinoötürücülər daxildir.