TELEMATİKA (telematics) – İnformasiyanın inteqrativ işlənməsi və verilməsi üçün TV-nin kompüter qurğuları ilə birləşdirilməsi. T. sayəsində yeni elektron medianın və İSM-in daha da yayılması prosesləri inkişaf edir.
TELENOVELLA (telenovela)– Latın Amerikası ölkələrinin populyar proqramları üçün səciyyəvi olan və ABŞ-dakı "sabun operalar"ına bənzər janr.
TELEOBYEKTİV (camera lens/teleobjective) – Uzaqda olan predmet və obyektlərin şəklini iri planda çəkmək üçün işlədilən foto və ya kinoaparat obyektivi.
TELEPROQRAMLARIN CƏDVƏLİ (TV programme table) – Verilişlərin proqramdakı yeri, günü, saatı və tematikası haqqında (siyasi, iqtisadi, idman, musiqi, film və s.) informasiya verən və əvvəlcədən mətbuatda dərc edilən cədvəl.
TELEPROMTER (teleprompter) – Xüsusi ekran şəklində telesuflyor qurğusu. TV ilə çıxış edən şəxs bu ekranda əvvəlcədən hazırlanmış mətni oxuyaraq açıq efirdə sərbəst danışıq effekti yarada bilər.