TELERADİO YAYIMI (broadcasting) – Elektromaqnit dalğaları ilə açıq və kodlaşdırılmış formada peyk, kabel və ya digər yerüstü texniki qurğularla geniş yayımlanan və istənilən sayda qəbuledicilər vasitəsilə qəbul edilən AV proqramların müəyyən məsafəyə ilkin ötürülməsi. Bu anlayışa həmçinin digər yayımçıların retranslyasiya etdikləri proqramlar da daxildir. T.y. anlayışı telekommunikasiya sistemi ilə ötürülən və fərdi çağırışla qəbul edilən informasiyaları, yaxud digər materialları (faksla əlaqələr, elektron məlumat bankları və bu tipli digər xidmətlər) ehtiva etmir.