TELEVİZİYA ANTENASI (television antenna) – Təsvir və onu müşayiət edən səsin, eləcə də radiosiqnalların verilməsi (verici) və qəbulu (qəbuledici) üçün qurğu. T.a. metrlik və desimetrlik diapazonlarda istifadə olunur. Verici T.a.-nın istiqamətlənmə diaqramı və güclənmə əmsalı vibratorların qarşılıqlı yerləşməsindən və onların qidalanma sxemindən asılıdır. T.a.-nın ötürücü və qəbuledici (fərdi və kollektiv) kimi növləri mövcuddur.
TELEVİZİYA DİSKURSLARI (discourses of television) – TV dilinin təbiəti, onun gerçəkliyi, kodlaşdırma qaydaları və şərtlərinə dair semiotika və strukturalizm konsepsiyalarına əsaslanan və kommunikoloqların elmi araşdırmalarında işlənən termin.