BASORAMA (bus frame) – Avtobusların damında quraşdırılmış işıqlandırılan reklam paneli.
BAŞ İŞIQÇI (head lighting operator) – İşıqçılar qrupunun fəaliyyətini, iş növbəsini, iş həcmini müəyyənləşdirən və tənzimləyən məsul şəxs. Bir çox studiyalarda B.i. işıqçılar briqadiri də adlandırılır.
BAŞ KOMMUTATOR (chief commutator/switchboard) – Videoyazının redaktəsi zamanı səs siqnalının səviyyəsini avtomatik tənzimləyən kommutator.
BAŞQA VAXTA KEÇİRİLƏN VERİLİŞ (delayed broadcast) – Əvvəllər teleşəbəkə ilə göstərilən, lakin məhz həmin stansiya ilə göstərilməyən proqramın yerli stansiya ilə efirə çıxması; TV-nin müxtəlif səbəblərdən təxirə salınmış proqramı.
BAŞLANĞIC TİTRİ (billing/credits)– Hər bir filmin, yaxud verilişin əvvəlində ən mühüm informasiyaları (ad, müəlliflər, iştirakçılar və s.) bildirən yazılar.