Азярбайъан Енсиклопедийасы


TELEVİZİYA NƏZARƏT EKRANI (TV control screen)



Yüklə 2,68 Mb.
səhifə702/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   698   699   700   701   702   703   704   705   ...   809
TELEVİZİYA NƏZARƏT EKRANI (TV control screen) – Son illər peşəkar kinoçəkiliş aparatlarında tətbiq olunan və özündə qapalı TV sistemini cəmləşdirən qurğu.

TELEVİZİYA QƏBULEDİCİSİ (TV set) – TV verilişləri proqramlarının təsvir və səs müşayiət siqnallarını eyni zamanda qəbul edən, gücləndirən, yenidən təsvirə və səsə çevirən radioqəbuledici. Siqnallar TV antenası ilə T.-un girişinə verilir. T.-lar ağ-qararəngli, stasionardaşınan olurlar.

TELEVİZİYANIN QIZIL İLLƏRİ (televisions golden ages) – ABŞ-da TV-nin inkişafının ən yaxşı illəri: 1950-1960-cı illəri və 1960-1980-ci illəri əhatə edən iki dövr. ABŞ TV-si üçün bu dövrləri fərqləndirən Amerika kommunikativistləri qeyd edirlər ki, birinci dövrdə kütləvi şəbəkə TV-si üçün səciyyəvi olan bütün əsas janrların (xəbər buraxılışları, teleseriallar, musiqi şouları, idman verilişləri və s.) qızğın formalaşması prosesi gedirdi. Bu, TV ekranlarına nəhəng auditoriya cəlb edir və TV şirkətlərinə xeyli gəlir gətirirdi. Lakin ikinci dövrdə, bir tərəfdən standartlaşdırılmış kütləvi mədəniyyət yaydığı üçün TV-nin ünvanına tənqidlər yağdırıldığına, digər tərəfdən isə efir TV-si ilə fəaliyyətinə videokaset sənayesinin və İSP-nin labüd daxil olduğu KTV arasında rəqabətə görə intəhasız uğur qazanmaq imkanlarına şübhə yarandı.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   698   699   700   701   702   703   704   705   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin