TƏBLİĞAT (agitation) – Siyasi, elmi, nəzəri, bədii, texniki və s. bilikləri, ideyaları kütlələr içərisində yaymaq məqsədi ilə aparılan müntəzəm fəaliyyət. Məhdud mənada T. onun növlərindən birini – kütlələrdə müəyyən dünyagörüşü formalaşdırmaq məqsədi daşıyan siyasi, yaxud ideoloji T.-ı bildirir. Siyasi T.-ın özəyini müəyyən partiya və ya qrupun ideologiyası təşkil edir.
TƏCİLİ XƏBƏRLƏR (news flash)– Plandankənar, şimşək kimi çaxa biləcək, sensasiya doğuracaq ən yeni hadisələr haqqında qısa xəbər. Amerika KİV-ində seçkilərin gedişi haqqında buraxılışlar da daxil olmaqla bu janrda müxtəlif T.x. verilir.