TƏSVİR (image/picture) – 1) Görüntü. TV və kinonun əsas ifadə vasitəsi; 2) Nəyi isə təsvir etmək, göstərmək. Sənət vasitələri ilə gerçəklik predmetləri və hadisələrinin konkret – təkrarolunmaz fərdi xüsusiyyətlərinin birlikdə yenidən canlandırılması. Gerçəkliyin incəsənətdə əks olunması prosesinin mühüm tərkib hissəsi olan T. bu və ya başqa formada incəsənətin bütün növlərinə aiddir. T.-in mahiyyəti özünü təsviri sənətin rəssamlıq, heykəltəraşlıq, qrafika kimi növlərində daha aydın göstərir. İncəsənətin hər bir növü yaradıcılıq təcrübəsinin bütün inkişafı gedişində qazanılan öz sabit təsvir vasitələri sisteminə malikdir.