TƏSVİRİN AÇILMASI (picture origination) – Bir çəkilişin qaranlıqdan başlayıb get-gedə aydınlaşaraq təsvirlərin, siluetlərin tədricən açıq görünməsi. T.a. təsviri qaraltmanın əksidir.
TƏSVİRİN AYDINLIĞININ AVTOMATİK TƏNZİMLƏNMƏSİ (automatic briqhtness control – ABC) – Maneələri aradan qaldırmaq, təsvirin aydınlığının, duruluğunun avtomatik şəkildə daim orta səviyyədə saxlanması.
TƏSVİRİN BƏRPASI (image reproduction) – Videosiqnalın ilkin işlənməsi prosesində təsvirin müxtəlif təhrifedici maneələrdən təmizlənməsi. Ümumi halda ilkin və bərpa olunmuş təsvirlər öz aralarında ötürücü funksiyalı dəyişdirici hissə vasitəsilə bağlanır.
TƏSVİRİN DƏQİQLİYİ (image resolution)– Təsvirin xırda detallarınadək canlandırılmasının keyfiyyəti. T.d. ekrandakı təsvirdə canlandırılan elementlərin maksimal sayı ilə qiymətləndirilir. Dəqiqliyin şaquli və üfüqi növləri var. Şaquli istiqamətdə təsvir diskret olur, təsvir elementinin ölçüləri sətirlərin eninə bərabərdir. Üfüqi istiqamətdə təsvir diskret struktura malik olmur, dəqiqlik təsvir elementinin ölçülərindən asılı deyil. Adətən, üfüqi və şaquli istiqamətlər üzrə eyni dəqiqliyin təmin olunmasına cəhd göstərilir.