TƏSVİRİN TƏHLÜKƏSİZ SAHƏSİ (image safety area) – Ekrana verilən təsvirin düzgün görmə sahəsində dəqiq yerləşdirilməsi. Təsvirin sahəsi ümumi dövlət standartı (ÜDST) norması ilə müəyyən edilmişdir. Bu normativ tövsiyə edir ki, efir üçün əhəmiyyəti olan bütün kadrlar ekranda mərkəzə yaxın yerləşdirilsin. Ona görə ki, təsvirin kənarları çox vaxt ekranın xaricində qalır. Bu isə kadrın tamlığı, normal qavranılması üçün təhlükə yaradır. Ona görə də rejissorlar, onların assistentləri, kino və TV operatorları, rəssamlar bu normanı mütləq nəzərə almalıdırlar.