TİTR (title/lettering/caption) – Kinofilmlərdə, TV verilişlərində məzmuna aid informativ, izahedici yazı və ya danışıq mətninin yazı ilə əks etdrilməsi.
TİTR-KREDİT (caption) – Xəbər proqramında göstərilən hər süjetin sonunda videomontaj rejissorunun və operatorun adlarını əks etdirən təsvirüstü yazı. Süjeti hazırlayan reportyorun adı isə bir qayda olaraq, materialın əvvəlində verilir. TV təcrübəsində T.-k., adətən, göstərilən süjet, mövzu, çəkiliş və montaj işi baxımından xüsusi maraq doğurduqda verilir.
TİTR MİKŞERİ (caption mixer) – Videomontajda və canlı efirdə titrləri ekrana vermək üçün xüsusi qurğu.
TİTRVERİCİ (caption scanner) – Titrləri efirə vermək üçün studiyada stasionar formada (tərpənməz) istifadə olunan daimi telekamera.