TONFİLM (sound film) – Yalnız monofonik səsyazmadan ibarət kinolent.
TOPOLOGİYA (topology) – EHM-də elementlərin şəbəkəyə qoşulma konfiqurasiyası. T. şəbəkənin bir sıra vacib xarakteristikalarını, o cümlədən etibarlı işləməsini, məhsuldarlığını, dəyərini, mühafizə olunma qabiliyyətini və s. müəyyənləşdirir. Təsnifata görə, geniş yayılmış və ardıcıl tipli T. mövcuddur.
TRAFARET (pattern) – 1) Təzə, orijinal olmayan, şablon, çeynənmiş, basmaqəlib; həmişəlik qəbul olunan hər hansı bir nümunənin yaradıcı münasibət və əlavə olmadan, tənqidi surətdə qiymət verilmədən, dəyişdirilmədən kor-koranə təkrar edilməsi; 2) Digər kanalda gedən verilişin formasının eynilə köçürülməsi; hazır veriliş formalarından, dil (nitq), təsvir stereotiplərindən istifadə olunması.