TV VİDEOAXTARICISI (electronic view finder) – Çəkilmiş materialı operativ şəkildə nəzərdən keçirmək və lazım olan kadrları təcili tapmaq üçün videoqurğu.
U
UĞURLU DUBL (good take)
ULTRA... (ultra) – Bir sıra mürəkkəb sözlərin «üstün», «son», «ifrat» mənasında olan birinci tərkib hissəsi. Məs., ultraqısa dalğa, ultradəbli musiqi.
ULTRAQISA DALĞALAR (ultrashort waves) – TV-də, radiolokasiyada, radioyayımda geniş istifadə olunan son dərəcə qısa dalğa.
ULTRASƏS (ultrasound) – İnsan qulağının qəbul edə bilmədiyi, tezliyi 15 kHs-dən çox olan səs tezlikləri.
UNİSON (unison) – 1) Eyni, oxşar səsli; ahəng uyğunluğu; musiqidə bir səslə ifa olunan əsər; 2) İki titrəyiş mənbəyində tənliklər bərabərliyi; 3) TV-də yol verilməyən hal kimi sözün və təsvirin eyni məna ifadə etməsi.