UZAQLAŞDIRMA-YAXINLAŞDIRMA (zoom) - Çəkiliş zamanı kameranın irəliyə, yaxud geriyə hərəkəti ilə fokus məsafəsinin dəyişdirilməsi. U-y. prosesi kameranın dayanmadan fasiləsiz hərəkəti ilə və bir uzun planla gerçəkləşdirilir. U. iri plandan ümumi plana keçərək obyektin kiçildilməsi, Y. isə obyektin böyüdülməsi və tamaşaçıya yaxınlaşdırılması deməkdir.
UZAQLAŞMA (removal/zooming) – Obyektin yalnız öz miqyasını dəyişməklə kadrın əvvəlindən axırınadək obyektivin görüntü sahəsində qaldığı xüsusi kinoçəkiliş qaydası. Amma istənilən formal üsul tamaşaçının diqqətini məzmundan yayındırır, buna görə də həmin üsulu yalnız o halda tətbiq etmək lazımdır ki, məzmunun açılmasına nəsə yenilik gətirsin, baş verən hadisələrdən nəticə çıxarmaqda tamaşaçıya yardımçı olsun.