ÜNSİYYƏT (contact/socialability/intercourse) – Burada: tamaşaçı ilə qarşılıqlı münasibətləri əks etdirən psixoloji hadisə; insanın başqaları ilə qarşılıqlı əlaqədə üzə çıxan mövcudluq üsulu; informasiya mübadiləsi və sosial-psixoloji əlaqələr. Fəlsəfi mənada Ü. həm də insanların qarşılıqlı bağlılığının şüurlu dərk olunan dərinliyinə aid edilir.
ÜNVANLI YAYIM (narrowcasting) – İnformasiyanın bu və ya digər növlərinə (əyləncəli, maarifçilik, işgüzar, idman və s.) görə fərdi sifarişə uyğun olaraq dinləyici və tamaşaçıların məhdud dairəsi üçün yayımlanan radio və TV proqramları.