ÜTÜLƏMƏ (anti-alising) – Kölgə salmaq, yaxud xüsusi rəng vermək yolu ilə təsvirin pilləli olmasını sığorta etmək metodu. Ü.-nin köməyi ilə açıq tondan tünd tona keçilməsi o qədər də bilinmir.
V
VAXTÖLÇƏN (timer) – 1) TV-nin proqramlana bilən açma-qapama saatlarını nizamlayan sistem; 2) Video cihazını vaxta görə nizamlama, yazma səviyyəsinə görə hazırlama.
VAXT ÖLÇÜSÜ (time) – Video və kamerada vaxt nizamlayıcılarının yay saatına görə qurulması və ya dünyanın hər hansı bir şəhərinin saatına görə nizamlaması.
VARİOSKOPİK KİNOFİLM (varioscopic film) – Nümayiş zamanı kadrları kinotəsvirin hündürlüyünün eninə müxtəlif nisbətində görünən film.
VASİTƏLİ TELEVİZİYA YAYIMI (direct telecast) – Yerüstü antenadan peykə, oradan isə birbaşa istehlakçıların ev antenasına ötürülən yayım.