VİDEOKİTABXANA (video library) – Qərb ölkələrində İSM xidmətləri sayəsində fərdi kompüterin ekranında baxılmaq üçün istənilən filmin seçilməsi imkanını bildirən anlayış.
VİDEOKLİP (video clip) – Hərfi mənada: sürətli gediş. Qısa süjetli (yaxud süjetsiz) musiqili videoəsər.
VİDEOKONFRANS (videoconference)– Bir-birindən uzaqda olan adamlar arasında elektron texnikasının köməyi ilə ünsiyyətin gerçəkləşdirilməsi. Konfrans salonu iştirakçıları birləşdirdiyi kimi ekran da sanki bu kommunikasiya prosesi iştirakçılarını birləşdirir. İnteraktiv TV-dən fərqli olaraq V. böyük informasiya həcminə və kanalları buraxmaq qabiliyyətinə malik, öz mahiyyətinə görə multimedia rabitə xidmətinin bir növü kimi eyni zamanda hər iki istiqamətdə görüntülərin və səslərin çatdırılması funksiyasını yerinə yetirir. Lazımi avadanlıq və proqram vasitələri olduqda V.-ı İnternet vasitəsilə də təşkil etmək olur.