VİDEOPROQRAMLAMA SİSTEMİ (Video programming system – VPS) – TV-dəki bir proqramın başlanğıcından sonuna qədər gerçəkləşməsinə imkan verən sistem. Bunun üçün TV ötürücüsünün xüsusi bir siqnal göndərməsi lazımdır. Bu siqnalı qəbul edən videocihaz avtomatik yazma vəziyyətinə keçir. Yayımın sonunda göndərilən başqa bir siqnal videocihazı avtomatik söndürür.
VİDEOPROYEKTOR QRUPU (video projector group) – Nisbətən iri həcmli ekran əsərlərinə kollektiv baxışı təmin edən çoxsaylı videoproyektorlar. Xüsusi baxış otaqlarında qurulan bu V.q. təsvirin ekrana frontal əks etdirilməsi zamanı tamaşaçılar tərəfdə yerləşdirilir.