BİVİKON (Bivicon) – Didilmiş hədəfi olan iki projektorlu vidikon.
BLENDA (blende/camera hood) – Kino çəkilişi aparatını (yaxud fotoaparatı) səpələnmiş yan işıq şüasından qoruyan ləvazimat; qaralmış daxili səthə malik dar hissəsi obyektivə geydirilən kəsik konus (piramida).
BLOK (block) – 1) Verilişin montaj olunmuş bir hissəsi, texnikanın müəyyən dəyəri və funksiyası olan ayrıca (müstəqil) bir hissəsi; 2) «Blok edilmiş» mənasını verən mürəkkəb sözlərin ön tərkib hissəsi. Məs., blok-sistem.
BLOK-APARAT (block apparatus) – Ötürücü, yaxud stansiya-məhdudlaşdırma aparatı. Adətən, uzaq məsafələr arasında kommunikasiya zamanı istifadə olunur.
BLOKLANDIRICI (blocking) – 1) Artıq çəkilmiş kadrın üstünə təkrar çəkilişin qarşısını almaq, yaxud lentin təmiz sahəsinin buraxılması üçün avtomatik hərəkət edən bağlayıcı qurğu. B. idarəetmə düyməcikləri arasında mexaniki əlaqə şəklində həyata keçirilir; 2) Yayım üçün hər hansı maneənin qarşısını almaq. Xüsusən kənar dalğaları məhdudlaşdırmaq.