BLOK KODLAŞDIRILMASI (block coding) – Təsvir elementlərinin hissələrə bölünməsi və təsvir blokları arasında əlaqələrin öyrənilməsi üsulu. Dəyişkən kodlaşdırmanı bütün təsvirin, yaxud onun bir hissəsinin spektrinə tətbiq etmək mümkündür. Adətən, bu zaman təsvirin hissələrə (bloklara) bölünməsi üsulundan istifadə edilir. B.k. adlanan bu üsulun tətbiqi zamanı işlənən blokların forması (ölçüsü) təsvir elementlərinin siqnalları arasında mühüm statistik əlaqənin üzə çıxması diapazonu ilə müəyyən edilir.