BLOK PROQRAMLAŞMASI (block programming/blocking) – Birtipli auditoriyalar üçün nəzərdə tutulan standartlaşdırılmış veriliş blokunun tərtibatı və müvafiq vaxtda göstərilməsi (məs., uşaq və idman verilişləri). Formatların standartlaşdırılması bu blokların barter üsulu, yaxud alqı-satqı yolu ilə digər müxtəlif kanallara ötürülməsini asanlaşdırır.
BOBİN (bobbin)– Hərləc. Kinolentin sarınması üçün dairəvi qurğu. Valda bərkidilmək üçün uyğunlaşdırılmış oxdan (hamar oymaqdan), kinolentin ona bərkidilməsi üçün qurğudan və iki yan diskdən ibarətdir. Dəmirdən, alüminiumdan, yaxud plastmasdan hazırlanan B.-in yüngülləşməsi üçün disklərdə iri kəsiklər açılır.