Азярбайъан Енсиклопедийасы


DANIŞIQ RADİOSU (talking radio)



Yüklə 2,68 Mb.
səhifə99/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   95   96   97   98   99   100   101   102   ...   809
DANIŞIQ RADİOSU (talking radio) – Birbaşa efirdə bu və ya digər tematik proqramı aparan jurnalistlərlə studiyada iştirak edən, yaxud dialoqa telefonla qoşulan auditoriya arasındakı söhbətə əsaslanan radio proqramının adı. D.r.-nda rabitənin kompüter xətlərindən istifadə olunması da mümkündür. Mütəxəssislərin fikrincə, belə rabitə xətləri inkişaf etdikcə D.r. qəzetlər və ənənəvi formalı digər KİV üçün rəqibə çevrilə bilər.

DANIŞIQ RİTMİ (talking rhythm) – Danışıq prosesində vurğulu və vurğusuz, uzun və qısa hecaların bir-birini əvəz etməsi. D.r. şifahi nitqin ahəngdar, söylənilən fikrin aydın olmasına və asan başa düşülməsinə xidmət edən fonetik amillərdəndir. Şer dili, həmçinin bəzi nəsr əsərlərinin dili ritmik olur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin